16:08 28-11-2015
news_image
1259
TOP OYUNLARI

Rusiya klubundan gözlənilməz qərar: Çempionlar Liqası matçına çıxmayacaq!

Rusiya ilə Türkiyə arasındakı gərginlik idmana da sirayət edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Rusiyanın sambo yığmasından sonra voleybol klubu “Beloqorie” klubu da Türkiyə səfərindən vaz keçib.

 

“Beloqorie” dekabrın 1-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Arkas Spor”un qonağı olmalıdı. Lakin ruslar İzmirə gəlməyəcəklərini açıqlayıblar.

 

Bu məlumatı “Arkas Spor”un xarici əlaqələr şöbəsinin rəhbəri Bahadır Osman da təsdiqləyib: “Ruslar iki ölkə komandalarının oyunlarının təxirə salınması üçün Avropa Voleybol Konfederasiyasına (CEV) müraciət etmişdi. Əldə etdiyimiz məlumata görə, CEV matçın baş tutması yönündə qərar verəcək. Ancaq Rusiya klubunun meneceri istənilən halda oyuna gəlməyəcəklərini bizə bildirib”.