20:24 28-11-2015
news_image

Koreya Qran-Prisinin 3-cü günündə növbəti üçüncülük

Cənubi Koreyanın Jeju şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışlarının sonuncu günündə cüdo üzrə Azərbaycan milli komandası daha bir bürünc medala sahib olub. Apasport.az saytının məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov turniri 3-cü pillədə başa vurub.

 

Yarımfinala qədər pakistanlı Hüseyn Şah, İran təmsilçisi Cavad Mahjoubu və rusiyalı Arsen Omarovu məğlub edən Qasımov bu mərhələdə kubalı Joze Armentorosa uduzub və bürünc medal uğrunda mübarizədə Yaponiya cüdoçusu Kensuke Sakamotoya qalib gəlib. Rəqibini “ippon” – təmiz qələbə ilə məğlub edən Azərbaycan cüdoçusu Jeju Qran-prisinin bürünc medalını qazanıb.

 

Bu çəkidə ölkəmiz təmsil edən digər idmançı Elxan Məmmədov 7-ci, ağır çəkidə mübarizə aparan Uşanqi Kokouri isə 5-ci yeri tutub.

 

Qran-Prinin sonuncu günündə tatamiyə çıxan digər iki cüdoçumuz – Ramin Qurbanov və Məmmədəli Mehdiyev 1/4 finala vəsiqə qazana bilməyiblər.

 

Beləliklə Azərbaycan milli komandası Koreyada 3 bürünc medal qazanıb. Elmar Qasımovdan öncə Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) Qran-prini üçüncü yerdə başa vurublar.