14:49 30-11-2015
news_image

Yığmamızın “beşlik”dəki kvarteti

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dekabr üçün açıqlanan siyahını Azərbaycan yığmasının liderləri üçün uğurlu saymaq olar.

 

Peter Zayzenbaherin gəlişindən sonra bütün beynəlxalq yarışlara qatılan millimizin aparıcı üzvləri mövqelərini yaxşılaşdırıblar.

 

Belə ki, təmsilçilərimizdən 4-ü ilk “beşlik”də qərar tutub. Onlardan Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) yenə öz çəkilərinin liderləridi. Orxan Səfərov (60 kq) 3-cü olduğu siyahıda Nicat Şıxəlizadə (66 kq) “beşliyi” qapayır.

 

Digər cüdoçularımızdan İlqar Müşkiyev (60 kq) 16-cı, Tərlan Kərimov (66 kq) 45-ci, Məmmədəli Mehdiyev 38-ci, Ramin Qurbanov 48-ci (hər ikisi 90 kq), Elxan Məmmədov (100 kq) 20-ci, Uşqanqi Kokauri (+100) 38-ci, Ayşə Qurbanlı (48 kq) 55 və Kifayət Qasımova (57 kq) 57-ci yerdədi.

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.