09:03 02-12-2015
news_image
1085
TOP OYUNLARI

Azərbaycanda hakimə sərt cəza

Azərbaycan Basketbol Federasiyası sərt cəzalar verib. Apasport.az saytının məlumatına görə, qurumun Nizam-İntizam Komissiyası ölkə çempionatının III turunda baş verən qayda pozuntularına hüququ qiymət verib.

 

Belə ki, yarışın 3-cü həftəsində “Araz” – “Sıçrayış” duelində ev sahiblərinin hakim Toğrul Həsənovun verdiyi qərarlarla bağlı etirazı özlərinə baha başa gəlib. Nizam-İntizam Komissiyasının iclasında onların oyunçusu Ruslan Məmmədov 2 matç, baş məşqçiləri Nizami Kərimzadə isə pley-off mərhələsinə qədər diskvalifikasiya olunub.

 

Həmçinin, hakim Toğrul Həsənov ölkə çempionatının növbəti 3 turundan kənarlaşdırılıb.