16:54 02-12-2015
news_image
1084
TOP OYUNLARI

"Azərreyl" çətinlik çəkmədi - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında V turun oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, günün tək qarşılaşmasında “Azərreyl” “Gənclik”lə üz-üzə gəlib.

 

Son oyunlar məğlubiyyətdən qaça bilməyən “dəmiryolçular” gənclərlə mübarizədə özlərini yaxşı tərəfdən göstəriblər. Belə ki, yığmamızın hazırkı heyətinin özəyini təşkil edən oyunçularla gələcək komandasının duelində təcrübə öz sözünü deyib. Bülənt Karslıoğlunun yetirmələri hər 3 seti böyük fərqlə aktivinə yazıb. İlk hissəni 16 top irəlidə bitirən “Azərreyl” son setdə 20 xal üstün olub.

 

Bu qələbə “dəmiryolçular”ı müvəqqəti də olsa, 3-cü pilləyə yüksəldib. Amma onlar bir matç çox keçirdiyindən “Azəryol” bu yerin potensial sahibidi.

 

V tur

2 dekabr

“Azərreyl” – “Gənclik” - 3:0 (25:9; 25:15; 25:5)

“Azərreyl” İdman Bazası

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Lokomotiv

6

4

2

3

1

0

1

1

0

15-7

516-448

13

2

Telekom

5

4

1

1

2

1

0

1

0

13-7

448-407

11

3

Azərreyl

6

3

3

2

1

0

1

1

1

12-10

502-430

10

4

Azəryol

5

3

2

1

1

1

0

2

0

11-9

452-446

8

5

Gənclik

5

1

4

1

0

0

0

0

4

3-12

265-354

3

6

Tbilisi

3

0

3

0

0

0

0

0

3

0-9

119-225

0

 

Qeyd edək ki, millimizin əsas heyət üzvlərindən Kseniya Kovalenko, Odina Bayramova və Valeriya Məmmədova “Azərreyl”in formasını geyinir. “Gənclik” isə gənclər yığmamızın oyunçularından təşkil olunub.