14:35 02-12-2015
news_image
648
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarovun Veyk-an-Zeedə bütün rəqibləri açıqlandı

Hollandiyanın Veyk-an-Zee şəhərindən şahmat üzrə ənənəvi keçirilən beynəlxalq turnirin bütün iştirakçılarının adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2016-cı ilin ilk nüfuzlu yarışına daha 2 qrossmeyster dəvət alıb.

 

Belə ki, Pavel Elyanovla (Ukrayna) Yevgeni Tomaşevski (Rusiya) 8 illik fasilədən sonra Veyk-an-Zee turnirinə qatılacaq Şəhriyar Məmmədyarova rəqib olacaq. Onlardan öncə isə Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Aniş Qiri, Lyuk van Veli (hər ikisi Hollandiya), Din Lijen, Vey İ, Xou İfan (hər ikisi Çin), Sergey Karyakin (Rusiya), Maykl Adams (Böyük Britaniya) və David Navaranın (Çexiya) Hollandiyaya yollanacağı dəqiqləşmişdi.

 

Qeyd edək ki, 78-ci dəfə keçiriləcək turnir 2016-cı il yanvarın 15-31-də olacaq.