09:33 03-12-2015
news_image
582
STOLÜSTÜ OYUNLAR

Yığmamızın liderləri üçün ilin son yarışı - “Qatar Masters”

Dekabrın 19-dan 29-dək Dohada şahmat üzrə “Qatar Masters” turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, mükafat fondu 130 min ABŞ dolları olan yarışda ulduz qrossmeysterlər mübarizə aparacaqlar.

 

İlin son turnirinə Azərbaycan millisinin liderləri – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da qatılacaqlar. Onların rəqibləri sırasında Maqnus Karlsen (Norveç), Aniş Qiri (Hollandiya), Vladimir Kramnik, Sergey Karyakin, Evqeniy Tomaşevskiy, Nikita Vityuqov (hamısı Rusiya), Uesli So (ABŞ), Li Çao, Yuy Yani (hər ikisi Çin), Pentala Harikrişna (Hindistan), Radoslav Voytaşek (Polşa), Vey İ (Kitay), Vasili İvançuk, Pavel Elyanov və Ruslan Ponomaryov (hər üçü Ukrayna) da olacaq.

 

“Qatar Masters”də, həmçinin dünyanın ən yaxşı qadın şahmatçıları və 20 yaşadək zəka sahibləri də mübarizə aparacaqlar. Qalib 9 turun yekununa əsasən müəyyənləşəcək.