15:55 03-12-2015
news_image
1508
TOP OYUNLARI

Bolqarıstanlı voleybolçunun Bakıdakı gizli “sevgilisi” - FOTO

“Azərreyl”in bolqarıstanlı voleybolçusu Straşmira Filipovanın maraqlı hobbisi üzə çıxıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstan millisinin kapitanı heyvanlara olan sevgisindən Bakıda da əl çəkmir.

 

30 yaşlı blokçu ölkəmizdə olduğu müddətdə quzu saxlamaqla məşğuldu. Boş vaxtlarında darıxmamaqdan ötrü bu balacaya qayğı göstərən Filipova quzunu yemləmək və onunla şəkillər çəkdirməkdən də zövq alır.

 

Binaya girişin yaxınlığında xüsusi hazırlanan yerdə saxlanılan heyvan sahibi ölkə xaricinə yollananda da tək qalmır. Həmin vaxtlarda qonşuluqdakı mağazanın satıcısı ona qulluq edir.