09:07 04-12-2015
news_image
491
DİGƏR NÖVLƏR

Məktəblilərin rayonlar üzrə çempionatı başa çatdı - FOTOSESSİYA

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə paytaxt rayonlarının orta məktəbləri arasında təşkil edilən birinciliklərə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Sabunçu və Nərimanov rayonlarındakı yarışlardan sonra final mərhələsinə vəsiqə qazanan son 6 komandanın da adına aydınlıq gəlib.

 

Sabunçu rayonu məktəbləri arasında 1-ci yerə 148 saylı orta məktəbin komandası layiq görülüb. 67 və 155 saylı məktəblərin komandaları müvafiq olaraq 2-3-cü yerləri tutublar. Nərimanov rayonu məktəblərinin mübarizəsinə gəlincə, 82 saylı orta məktəbin komandası bütün rəqiblərindən yaxşı çıxış edib. 2-ci yerə 45, 3-cü yerə isə 200 saylı orta məktəbin komandası layiq görülüb.

 

Beləliklə, adları çəkilən məktəblərin komandaları final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə ediblər.