10:34 04-12-2015
news_image
411
TOP OYUNLARI

Avrokubok oyunumuz Konstantin Osipçuka əmanət

Avropa Voleybol Konfederasiyası CEV kubokunun 1/8 final mərhələsinin ilk oyunları üçün hakimləri açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakının “Azəryol” klubu da qarşılaşmasını idarə edəcək referini tanıyıb.

 

Belə ki, Ziya Rəcəbovun komandasını Finlandiya “Salo”su ilə görüşə belaruslu Konstantin Osipçuk çıxaracaq. Dekabrın 10-da Saloda “Salohalli” Sarayında baş tutacaq matçda ikinci hakim funksiyası isə Pavel Andersona (Rusiya) həvalə edilib.

 

Qeyd edək ki, cavab oyunu dekabrın 16-da Bakıda olacaq.