23:51 05-12-2015
news_image
8699
TOP OYUNLARI

"Azəryol"dan darmadağın - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, öncə IX tur çərçivəsində “Azərreyl” – “Telekom” görüşü təşkil olunub.

 

Qarşılaşma hər iki komanda üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki ilk dövrədə rəqibinə 1:3 hesabı ilə uduzan “Telekom” bu dəfə revanş almaqla zirvədəki yerini qorumaq niyyətində idi. Lakin “dəmiryolçular”ın təcrübəli voleybolçulardan qurulması Zoran Qayiçin yetirmələrinin məğlubiyyətinə səbəb olub. Gənclərdən qurulan “Telekom” ilk iki setlə müqayisədə üçüncü hissədə hesabda öndə olsa da, yekunda yenə “Azərreyl” qalib gəlib.

 

Günün növbəti matçında “Azəryol” “Lokomotiv”ı sınağa çəkib. Gənc mütəxəssis Ziya Rəcəbovun yetirmələri ilk dövrədəki 1:3 hesablı məğlubiyyətin əvəzini darmadağınla çıxıb. Hər üç setdə zəif təsir bağışlayan Fransua Salvagininin yetirmələri sonda meydanı başıaşağı tərk edib. Ulduzlardan təşkil olunmuş və ölkəmizi Çempionlar Liqasında təmsil edən "Lokomotiv"in CEV kubokunda çıxış edən "yolçəkənlər"ə bu şəkildə uduzması azarkeşlər üçün gözlənilməz olub.

 

 

5 dekabr

VII tur

“Azəryol” – “Lokomotiv” - 3:0 (25:18, 25:19, 26:24)

“Azərreyl” İdman Bazası

İlk dövrə: “Lokomotiv” – “Azəryol” – 3:1 (25:22, 25:22, 22:25, 25:23)

 

IX tur

“Azərreyl” – “Telekom” - 3:0 (25:17, 25:18, 25:21)

“Azərreyl” İdman Bazası

 İlk dövrə: “Telekom” – “Azərreyl” – 1:3 (22:25, 25:22, 18:25, 17:25)

 

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Telekom

7

5

2

2

2

1

0

1

1

16-10

579-458

14

2

Lokomotiv

7

4

3

3

1

0

1

1

1

15-10

577-599

13

3

Azərreyl

7

4

3

3

1

0

1

1

1

15-10

577-486

13

4

Azəryol

6

4

2

2

1

1

0

2

0

14-9

528-507

11

5

Gənclik

6

1

5

1

0

0

0

0

5

3-15

316-429

3

6

Tbilisi

3

0

3

0

0

0

0

0

3

0-9

119-225

0