17:40 05-12-2015
news_image
475
TOP OYUNLARI

Azərbaycan çempionatında üçhakimiyyətlilik

Kişi basketbolçular arasında Azərbaycan çempionatında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 23-cü dəfə təşkil olunan ölkə birinciliyinin ən çox maraq gözlənilən oyunu “Bakı” – “Baku Oilers” matçı olub.

 

Liderlər qrupunda qərarlaşan bu komandaların mübarizəsi gərginliyi ilə diqqət çəkib. Əsas hissə 74:74 hesabı ilə nəticələndiyindən, əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtı isə “Bakı” 1 top fərqi ilə öndə tamamlayıb və “Baku Oilers” bu mövsüm ilk məğlubiyyətini alıb.

 

Çempionluğa iddialı olan NTD də turu asan qələbə ilə başa vurub.

 

Bu nəticələrdən sonra turnir cədvəlində üçhakimiyyətlilik yaranıb. Top fərqi daha yaxşı olan NTD birinci pilləyə yüksəlib.

 

NTD - “Sıçrayış” – 103: 62

BDU - AzTOP – 35:107

“Dərviş” – “Araz” – 77:54

“Bakı” – “Baku Oilers” – 88:87

 

yer

komanda

O

Q

M

T/F

X

1

NTD

6

5

1

456-323

11

2

Baku Oilers

6

5

1

442-355

11

3

Bakı

6

5

1

496-416

11

4

AzTOP

6

4

2

448-370

10

5

Dərviş

6

3

3

374-353

9

6

Sıçrayış

6

2

4

428-445

8

7

Araz

6

0

6

345-428

6

8

BDU

6

0

6

256-555

6