10:09 07-12-2015
news_image
640
TOP OYUNLARI

Avrokubok matçlarımızın hakimləri dəqiqləşdi

Avropa Voleybol Konfederasiyası Çempionlar Liqasının qrup mərhələsinin IV turunu idarə edəcək hakimlər briqadasını açıqlayıb. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan klubları da görüşlərində ədaləti qoruyacaq referiləri tanıyıb.

 

Belə ki, dekabrın 9-da keçiriləcək “Ştutqart” (Almaniya) – “Lokomotiv” (Azərbaycan) matçı portuqaliyalı Avelino Azevedo həvalə edilib. Ona köməklik etmək Daniele Rapisardaya (İtaliya) tapşırılıb.

 

Həmin gün “Azərreyl”i Bakıda Kazan “Dinamo”su ilə qarşılaşmaya Karin Zaxarova (Çexiya) və Mehmet Ersin Altıparmak çıxaracaq.

 

Dekabrın 10-da “Telekom” (Azərbaycan) – “Dresdner” (Almaniya) matçında isə əsas söz sahibi Yevgeni Makşanov (Rusiya) olacaq. Görüşdə ikinci referi funksiyasını İlian Georgiyev (Bolqarıstan) yerinə yetirəcək.