11:16 07-12-2015
news_image
795
TOP OYUNLARI

Almaniya millisinin oyunçusu: Bakıdakı restoranları yaxşı tanıyıram - FOTO

Almaniya millisinin voleybolçusu Lisa Tomsen Azərbaycan karyerasını xatırlayıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı libero Bakıda əyləncəyə kifayət qədər vaxt ayırdıqlarını deyib.

 

2014/2015 mövsümündə “Lokomotiv”in şərəfini qoruyan və bu komanda ilə Super Liqanın gümüş medalını qazanan Tomsen bildirib ki, Azərbaycanda oynamaq qürurverici idi: “Bakı çox gözəldi. Oyunlardan sonra komandamızla birgə şam yeməyinə gedirdik. Heydər Əliyev Mərkəzinə görünüşü açılan böyük restoranları yaxşı tanıyıram və əsasən oraya üz tuturduq”.

 

2013/2014 mövsümündə də “Azərreyl”də çıxış edən Lisa Azərbaycan Super Liqasının gücündən də danışıb. Onun sözlərinə görə, güclü legionerlərin cəmləşdiyi çempionatda oynamaq təcrübə baxımından çox əhəmiyyətlidi.

 

Qeyd edək ki, hazırda “Ştutqart”ın formasını geyinə Tomsen Çempionlar Liqasında həm “Lokomotiv”ə, həm də “Azərreyl”ə rəqibdi.