00:02 09-12-2015
news_image
862
DİGƏR NÖVLƏR

Putindən Mutkoya maraqlı hədiyyə

Rusiya prezidenti Vladimir Putin idman naziri Vitali Mutkonu ad günü münasibəti ilə təbrik edib. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, prezident idman nazirinə ingiliscə öyrədicisi hədiyyə edib.

 

“Artıq neçə müddətdi ki, Vitali Leonteviç bizim təkcə futbolla bağlı məsələlərimizlə deyil, həm də beynəlxalq aləmdəki idman nüfuzumuzun qorunması ilə məşğul olur. Ona görə də cənab nazirə ingilscə öyrədicisi və lüğət hədiyyə edib, tədrisində uğurlar arzu edirəm” – deyə Putin təbrik nitqində bildirib.

 

Qeyd edək ki, Mutko ingilscə danışmağa çalışarkən gülünc vəziyyətdə qalmış və bütün dünyanın diqqət mərkəzinə düşmüşdü.