10:25 09-12-2015
news_image
2242
TOP OYUNLARI

“İlk 3 matçda əziyyətimizin bəhrəsini görmədik” - Zoran Qayiç

“Telekom” voleybol klubunun baş məşqçisi Zoran Qayiç Çempionlar Liqasının IV turu çərçivəsində Almaniya “Dresdner”i ilə görüş öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis yarışın ikinci yarısında daha yaxşı oynayacaqlarına ümid etdiklərini deyib.

 

O bildirib ki, sabah Bundesliqanın qalibini məğlub etməyə çalışacaqlar: “Çempionlar Liqasının cari mövsümündə bir neçə yaxşı oyun keçirsək də, ümumilikdə əziyyətimizin bəhrəsini görmədik. Buna baxmayaraq, arxada qalan 3 görüş gənc voleybolçularımıza müəyyən mənada kömək oldu. Onlar öz təcrübələrini artırdılar”.

 

Qeyd edək ki, görüş saat 17:00-da başlayacaq.