10:41 09-12-2015
news_image
1018
TOP OYUNLARI

Kapitan azarkeşlərə söz verdi - FOTO

“Çempionlar Liqasında ikinci ev oyununda azarkeşlərə qələbə sevinci bəxş edəcəyimizə ümid edirik. “Dresdner”lə qarşılaşmada mümkün olan hər şeyi ortaya qoyacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un voleybolçusu Ana Kleger (Priyeva) deyib.

 

Kleger Çempionlar Liqasının IV turu çərçivəsində Almaniya Bundesliqasının qalibi “Dresdner”lə oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, sabah Bakıda baş tutacaq matçda əsas məqsədləri gözəl oyunla layiqli qələbə qazanamaqdı: “Ən yaxşı oyunumuzu nümayiş etdirib, baş məşqçimizin bütün tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Əminəm ki, bu görüşdə yaxşı nəticə göstərə bilərik”.