15:21 09-12-2015
news_image

Mərakeş millisi Azərbaycana gəlir

Boks üzrə Mərakeş millisi Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisi dekabrın 10-da paytaxtımızda olacaq.

 

Onların ölkəmizə gəlməsində əsas məqsəd Azərbaycan yığması ilə birgə təlim-məşq toplanışında iştirakdı. Hər 2 komanda Rio-2016-ya lisenziya uğrunda yarışlara daha yüksək səviyyədə hazırlıq üçün sınaq döyüşləri də keçirəcək.

 

Qeyd edək ki, yığmamız artıq Boks Mərkəzində məşqlərə başlayıb.