09:48 10-12-2015
news_image
624
TOP OYUNLARI

Faydasız bombardirlik - FOTO

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən “Ştutqart” (Almaniya) – “Lokomotiv” (Azərbaycan) görüşünün ən yaxşılarının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, dəmiryolçuların 1:3 hesabı ilə uduzduğu matçın bombardiri Aneta Havlikova olub.

 

Bakı klubunun çexiyalı legioneri 18 xal toplasa da, bunun komandasına hansısa faydası olmayıb. Fransua Salvaqninin digər yetirmələrindən Aleksandra Srnçeviç 13, Yaroslava Pencova 10, Hana Çutura 8, Ayşən Abduləzimova 6, Kanani Danielson 5, Berit Kauffeldtlə Özge Kırdar Çemberci hərəyə 1 xal toplayıb.

 

“Lokomotiv”dən fərqli, kollektiv oyuna üstünlük verən “Ştutqart”ın heyətində isə Kaya Qrobelna fərqlənib. O, Bakı klubunu 17 dəfə məyus edib.