10:21 10-12-2015
news_image
518
TOP OYUNLARI

Bülənt Karslıoğlu uduzduqları oyunda komandasından razı qaldı

“Dinamo” ilə oyundan razıyam. Yetirmələrim bacardıqları hər şeyi etdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Bülənt Karslıoğlu deyib.

 

Türkiyəli mütəxəssis Çempionlar Liqasında Kazan “Dinamo”suna növbəti məğlubiyyətdən sonra da nikbin danışıb. Onun sözlərinə görə, hələ mərhələ adlamaq şanslarını saxladıqlarından növbəti görüşlərdə ən yaxşı oyunlarını göstərəcəklər: “Qarşıda daha 2 oyunumuz var. Çalışacağıq ki, belə çətin qrupdan pley-offa yüksəlmək üçün mümkün olan hər şeyi edək”.

 

Qeyd edək ki, səfərdə Rusiya təmsilçisinə 0:3 hesabı ilə uduzan “Azərreyl”in Bakıda qazancı 1 set olub.