19:08 10-12-2015
news_image
1411
TOP OYUNLARI

"Telekom" Bundesliqanın qalibinə tay-brekdə uduzdu - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında keçirilən Çempionlar Liqasında IV tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turun son oyun günündə Bakının “Telekom” klubu Almaniyanın “Dresdner”ini qəbul edib.

 

Səfərdə rəqibinə 0:3 hesabı ilə uduzan Zoran Qayiçin yetirmələri bu dəfə revanş almağa çalışsalar da, rəqibin təcrübəsi öz sözünü deyib. Öz yetirmələri ilə meydana çıxan “Telekom” Bundesliqanın qalibinə tay-brekdə uduzub.

 

Belə ki, əsasən gənclərdən qurulan Bakı təmsilçisi set hesabında 2 dəfə geri düşüb. Lakin təcrübəli Zoran Qayiçin tapşırıqları sayəsində oyununda dönüş yaradan və status-kvonu bərpa edən voleybolçularımız 5-ci hissədə zəif təsir bağışlayıblar. Nəticədə rəqib 3:2 hesabı ilə qalib gəlib. Buna baxmayaraq, komandamız aktivinə 1 xal yazmağı bacarıb.

 

10 dekabr

E qrupu

“Telekom” (Azərbaycan) – “Dresdner” (Almaniya) - 2:3 (21:25; 25:20; 21:25; 25:17; 7:15)

Hakimlər: Yevgeni Makşanov (Rusiya), İlian Georgiyev (Bolqarıstan)

Bakı, “Sərhədçi” İdman Olimpiya Mərkəzi

 

1

Fənərbaxça

4

4

0

12-3

254-277

11

2

Dresdner

4

3

1

10-7

368-357

7

3

İmpel

4

1

3

5-9

288-316

4

4

Telekom

4

0

4

3-12

302-362

2

 

Qeyd edək ki, qrupumuzda “Fənərbaxça” növbəti mərhələyə vəsiqəni təmin edib.