12:37 10-12-2015
news_image
798
TOP OYUNLARI

Çempionlar Liqası: 5 komanda pley-off mərhələsində

Qadın voleybolçular arasında Çempionlar Liqasının IV turunun ilk 2 oyun günündən sonra pley-off mərhələsinə yüksələn klubların sayı 5-ə çatıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin başa çatmasına 2 tur qalmış 3 ölkənin komandası adını növbəti mərhələyə yazdırıb.

 

Onlardan ikisi – “Dinamo” (Kazan, Rusiya) və “Fənərbaxça” (Türkiyə) Azərbaycan klublarının rəqibləridi. A qrupunda yer alan Tatarıstan təmsilçisi məhz “Azərreyl”i məğlub etdikdən sonra bu hüquqa yiyələnib. Ən yaxın izləyicisi “Lokomotiv”i (Azərbaycan) 6 xal qabaqlayan komanda son 2 turun nəticəsindən asılı olmayaraq, mübarizəni davam etdirəcək.

 

E qrupunda “Telekom”un rəqibi olan “Fənərbaxça” “İmpel”i (Polşa) məğlub etməklə, mərhələ adlayıb. Onlar da ən yaxın izləyicisi “Dresdner”dən (Almaniya) 6 xal irəlidədi.

 

Həmçinin, B qrupundan “Vakıfbank” (Türkiyə), F qrupundan isə “Pyaçentsa” (İtaliya) və “Dinamo” (Moskva, Rusiya) pley-offa yüksəlib.

 

Qeyd edək ki, IV turunun oyunları bu gün başa çatacağından klubların sayının artacağı istisna deyil.