09:23 11-12-2015
news_image
562
TOP OYUNLARI

“Telekom”un Anası

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Dresdner” (Almaniya) - “Telekom” (Azərbaycan) matçının ən yaxşılarının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bundesliqanın qalibinin 3:2 hesabı ilə qalib gəldiyi görüşün bombardiri adını Ana Piriyeva (Kleger) qazanıb.

 

Klubunun kapitanı “Telekom”un aktivinə 23 xal yazdırıb. Zoran Qayiçin digər yetirmələrindən Kseniya İvanoviç 19, Yelizaveta Səmədova 16, Qabriela Koyeva 8, Olena Həsənova 7, Xristina Ruseva 3 və Lusi Mulsteynova 2 xal yığıb.

 

Rəqibin heyətində ilk görüşdə olduğu kimi yenə Miçelle Bartş məhsuldarlıq nümayiş etdirib. O, bu dəfə komandasına 20 xal qazandırıb.