11:33 11-12-2015
news_image
746
TOP OYUNLARI

“Onları fərqləndirmək istəməzdim” - Ziya Rəcəbov

“Bu, bizim ən yaxşı nəticəmiz deyil. Buna baxmayaraq, hesabdan razıyam”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un baş məşqçisi Ziya Rəcəbov deyib.

 

Gənc mütəxəssis komandasının CEV kubokun 1/8 final mərhələsi çərçivəsində Finlandiya “Salo”su ilə ilk oyunu şərh edib. “Azəryol”un “sükanı arxasına” keçdikdən sonra 3-cü qələbəsini qazanan Rəcəbov bildirib ki, əsas hədəfləri Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdi: “Səfərdə 3:0 hesabı ilə qalib gəlsək də, cavab görüşə də inamla hazırlaşacağıq. Çünki hər rəqibə və hər oyuna hörmətlə yanaşırıq. İstəyirik ki, uğurumuzun ardını gətirək. Qələbədə hansısa oyunçunu fərdi keyfiyyətlərinə görə fərqləndirmək istəməzdim. Çünki voleybol komanda növüdü və burada bütün nəticələr kollektiv halda əldə edilir”.

 

Qeyd edək ki, “Azəryol” “Salo” ilə cavab matçına dekabrın 16-da Bakıda çıxacaq.