14:28 11-12-2015
news_image
975
TOP OYUNLARI

Çempionlar Liqası: Yığmamızın sabiq oyunçusu üçün “yaşıl işıq”

Qadın voleybolçular arasında Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn klubların sayı 6-ya çatıb. Apasport.az saytının məlumatına görə, IV turun son oyun günündə İsveçrənin “Volero” klubu da mübarizəni davam etdirəcək komandaların sırasına qoşulub.

 

Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədovanın kapitan olduğu Sürix təmsilçisi Serbiya “Vizura”sına qalib gəlməklə, bu uğura imza atıb. D qrupunda yer alan komandaların duelində “Volero” rəqibini 3:0 (25:11; 25:23; 25:16) hesabı ilə məğlub edib. Nəticədə onlar üçüncü pillədə qərarlaşan Belqrad təmsilçisini 9 xal qabaqlayıblar. Son 2 turda onlar Rusiya “Uraloçka”sı ilə qrup liderliyi uğrunda mübarizə aparacaqlar.

 

“Volero”dan öncə isə “Dinamo” (Kazan), “Dinamo” (Moskva, hər ikisi Rusiya), “Fənərbaxça”, “Vakıfbank” (hər ikisi Türkiyə) və “Pyaçentsa” (İtaliya) pley-offda oynamaq hüququ qazanıb.

 

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında “Telekom”, “Lokomotiv” və “Azərreyl” təmsil etsə də, hələlik heç biri mərhələ adlamayıb.