18:34 11-12-2015
news_image

Ağacan Abıyev Ukraynanın Olimpiya çempionları ilə görüşəcək

Ukrayna Milli Olimpiya Komitəsinin 25 illiyi qeyd olunacaq. Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) apasport.az saytına verilən məlumata görə, yubiley tədbirində ölkəmiz də təmsil olunacaq.

 

Belə ki, MOK-un baş katibi Ağacan Abıyev Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək yığıncaqda iştirak edəcək. Dekabrın 14-16-na təsadüf edəcək mərasimdə qonaqların “Do like Olympians” layihəsi çərçivəsində məktəblilərlə görüşü də nəzərdə tutulub.


Bununla yanaşı, Kiyevə yollanacaq rəsmilər Ukraynanın Olimpiya çempionları və medalçıları ilə görüşəcəklər.