11:24 14-12-2015
news_image

“Baku Fires”in boksçuları üçün Sibir sınağı

Dekabrın 17-dən 20-dək Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş ənənəvi turnir keçiriləcək. “Baku Fires”in mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda Rusiya, Fransa, Almaniya, Bolqarıstan, Ermənistan, Polşa, Ukrayna, Moldova, Litva, Belarus, İsveç, Çin Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın 100-dən çox boksçusunun iştirakı gözlənilir.

 

Turnir kişilərdə 10, qadınlarda isə 4 çəki dərəcəsi üzrə keçiriləcək. Xantı-Mansiyskdə Azərbaycan milli komandasının heyətində "Baku Fires" klubunun 2 üzvü də mübarizə aparacaq. 60 kq çəki dərəcəsində 2013-cü ilin yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Nəsrəddin Məmmədov çıxış edəcək. 69 kq çəki dərəcəsində isə "Böyük İpək Yolu" turnirinin bürünc mükafatçısı Yevgeni Romaşkeviç gücünü sınayacaq.

 

Yarışın ümumi mükafat fondu 2 milyon 140 min rubldu. Turnirə fəxri qonaq qismində peşəkar boks üzrə sabiq dünya çempionu Ruslan Provodnikov dəvət olunub. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.