17:26 14-12-2015
news_image
2080
TOP OYUNLARI

Yunis Hüseynovun Prosineçkiyə təklifi nə oldu?

“Prosineçki ilə görüşdə əsas müzakirə mövzusu milli komanda oldu”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

 

Bu gün Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Premyer Liqada mübarizə aparan 10 klubun çalışdırıcıları ilə görüşüb. Bakı Olimpiya Stadionunda baş tutan görüşdə futbolumuzun hazırkı durumu müzakirə olunub, baş məşqçilər bir sıra təkliflərlə çıxış ediblər.

 

Həmçinin “Xəzər Lənkəran”ın çalışdırıcısı Yunis Hüseynov da öz təklifi ilə çıxış edib. O, çempionatın daha çox komandanın iştirakı ilə keçirilməsinin tərəfdarı olduğunu bildirib: “Hər kəs öz fikrini bildirdi. Hamının bir məqsədi var: Azərbaycan futbolunu inkişaf etdirmək. Mənim də təklifim belə oldu ki, gələn mövsümdən yüksək liqada 16 komanda mübarizə aparsın. Çünki komandaların sayını çoxaltsaq, kütləvilik də artar”.