10:41 15-12-2015
news_image
4644
TOP OYUNLARI

Azərbaycan çempionatının mükafatçılarını İtaliyada soyundurdular

İl sona yaxınlaşdıqca komandalar diqqətlərini meydandan kənar fəaliyyətə yönəldirlər. Apasport.az saytının məlumatına görə, bu dəfə İtaliyanın “Kasalmaqqiore” voleybol klubu yarıçılpaq təqvimlə azarkeşlərinin görüşünə gəlib.

 

Heyətində Azərbaycan Super Liqasında da oynamış Lauren Gibbemeyer, Marqareta Kozux və Karli Lloyd kimi ulduzların yer aldığı komanda müxtəlif pozalarda fotoobyektiv qarşısına keçib. Onlar müxtəlif döyüş obrazları da yaratmaqla, tək meydanda deyil, istənilən sahədə rəqabətə hazır olduğunu nümayiş etdiriblər.

 

A seriyasının son qalibinin 2016-cı il üçün təqviminin üz qabığını isə məşhur Françeska Piççinini bəzəyir. Dünyanın ən seksual voleybolçularından sayılan ulduz 36 yaşı olmasına baxmayaraq, hələ də gözəlliyi ilə diqqətləri çəkmək iqtidarında olduğunu göstərib.

 

Təqvimin satışından əlda olunacaq vəsait isə Afrikada fəaliyyət göstərən AMURT dərnəyinə bağışlanacaq.

 

Qeyd edək ki, Gibbemeyer 2013/2014 mövsümündə “Lokomotiv”i il başa çatmamış tərk etsə də, Lloyd 1 il sonra bu komanda ilə Super Liqanın gümüş medalını qazanıb. Həmçinin, “Azərreyl”in şərəfini qorumuş Kozux da Azərbaycan çempionatının (2013/2014) ikincisi olub.