11:59 15-12-2015
news_image
1066
TOP OYUNLARI

“Nəticə qazanmağın zamanıdı” - Ziya Rəcəbov

“İlk görüşü səfərdə keçirdik və vətənə qalib kimi döndük. Buna baxmayaraq, Bakıda məşq proseslərimizi daha da gücləndirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un baş məşqçisi Ziya Rəcəbov deyib.

 

Gənc mütəxəssis CEV kubokunun 1/8 final mərhələsi çərçivəsində Finlandiyanın “Salo” klubu ilə oyun öncəsi fikirlərini açıqlayıb. Komandanın “sükanı arxasına” keçdikdən sonra qələbələri sıralayan Rəcəbov bildirib ki, bu dəfə də uğurlu seriyanı davam etdirmək niyyətindədi: “Qələbə ilə başladığımız işi qələbə ilə bitirmək lazımdı. Düzdü, səfərdə baş tutan birinci görüşü 3:0 hesabı ilə aktivimizə yazmışıq. Buna baxmayaraq, ilk oyunu unudaraq meydançaya qələbə üçün çıxacağıq. Məqsədimiz bacardıqca irəli getməkdi. Artıq komanda bir-birinə tam uyğunlaşıb və nəticə qazanmağın zamanıdı”.

 

Qeyd edək ki, “Azəryol” cavab matına sabah saat 18:00-da çıxacaq.