11:27 16-12-2015
news_image
1595
TOP OYUNLARI

Türkiyə millisinə Azərbaycandan oyunçu çağırıldı - FOTO

Qadın voleybolçulardan ibarət Türkiyə millisinin ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın baş məşqçisi Ferhat Akbaş yanvarın 4-9-da Olimpiya Təsnifat Turniri üçün müəyyənləşdirdiyi “22-liyə” Azərbaycan Super Liqasından da oyunçu daxil edib.

 

Gənc mütəxəssis “Lokomotiv”in toppaylayıcısı Özge Kırdar Çemberciyə dəvət göndərib. Onun siyahısında 4 oyun qurucusu yer alıb ki, sonda onlardan 2-si yoluna davam edəcək.

 

Türkiyə millisinin heyəti

Toppaylayıcılar: Naz Aydemir Akyol, Nilay Özdemir, Özge Kırdar Çemberci, Çağla Akın

Blokçular: Eda Erdem Dündar, Kübra Akman, Aslı Kalaç, Bahar Toksoy Quidetti, Büşra Kılıçlı, Özgenur Yurtda Gülen

Hücumçular: Neslihan Demir Güler, Polen Uslupehlivan, Hande Baladın, Gözde Yılmaz, Neriman Özsoy, Gözde Kırdar, Güldeniz Önal, Fatma Yıldırım, Meliha İsmailoğlu

Liberolar: Gizem Karadayı, Gizem Örge, Merve Dalbeler

 

Qeyd edək ki, Rioya lisenziya verəcək yarış Ankarada keçiriləcək. Türkiyə Almaniya, Hollandiya və Xorvatiya ilə A qrupunda yer alıb.