22:54 16-12-2015
news_image
564
TOP OYUNLARI

Türklər Rusiyada stadion tikməyə davam edəcəklər

Rusiya ilə Türkiyə arasında yaranmış siyasi gərginlik bu ölkədə fəaliyyət göstərən tikinti şirkətlərinin işinə mane olmayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə yerli mətbuata İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev məlumat verib.

 

Nazir bildirib ki, türk şirkətləri 2018-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatı üçün stadionların tikintisinə davam edəcək: “Onlar bütün stadionları vaxtında təslim edəcəklər. Və digər bütün müqavilələr olduğu kimi yerinə yetiriləcək”.