09:12 17-12-2015
news_image
598
TOP OYUNLARI

“Azəryol”u 1/4 finala daşıyanlar

Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab oyunlaır çərçivəsində keçirilən “Azəryol” – “Salo” (Finlandiya) qarşılaşmasının ən yaxşıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 3:2 hesabı ilə qalib gələrək, 1/4 finala yüksələn paytaxt klubuna ən çox xalı Stefanı Niemer qazandırıb.

 

Amerikalı legioner Bakı təmsilçisinə 18 xal qazandırıb. Komandanın digər voleybolçularından Malika Kanzonq 16, Yekaterina Jidkova 15 xal toplayıb. Edina Dobi 9, Aynur Kərimova və Marin Apitz hərəyə 7, Anna Stepanyuk 2 xalla komandasının qələbəsində pay sahibi olub.

 

Matçın ən yaxşısı isə qonaqların üzvü Alyona Limareva 22 xala sevinib.