10:05 17-12-2015
news_image
1560
TOP OYUNLARI

“Cari mövsümdə ən pis oyunumuzu göstərdik” - Aynur Kərimova

“Salo” ilə cavab görüşündə cari mövsümdə ən pis oyunumuzu “göstərdik”. Şübhəsiz ki, bu, Finlandiyada 3:0 hesabı ilə qalib gəldiyimiz qarşılaşmadan çox pis idi”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un voleybolçusu Aynur Kərimova deyib.

 

Azərbaycan millisinin də şərəfini qoruyan blokçu komandasının CEV kubokunun 1/8 final mərhələsində Finlandiya “Salo”su ilə cavab oyununu şərh edib. O bildirib ki, səfərdə qazanılan 3:0 hesablı qələbə komandada arxayınlıq yaradıb və bu səbəbdən də ikinci qarşılaşma çətin alınıb: “Cavab oyununda çox asan qələbə qazanacağımızı düşündüyümüzdən, arxayınlıq yaranmışdı. Bu da son nəticədə öz əksini tapdı. Biz yalnız tay-brekdə qalib gələ bildik. Qəbulda və blokda problemlərimiz vardı. Buna baxmayaraq, komandamızın oyunçuları təslim olmadı və sonda çətin qələbə qazandıq”.

 

Qeyd edək ki, hər 2 qarşılaşmada qalib gələn “Azəryol” 1/4 finalda Polşa “Muşina”sı ilə oynayacaq.