14:35 17-12-2015
news_image
672
TOP OYUNLARI

“Azəryol” yaxşı oynayıb, qalib gəldi” - Alyona Limareva

“Biz nəyə qadir olduğumuzu göstərə bilmədik. Əlbəttə ki, daha yaxşı oynaya bilərdik”. Apasport.az saytının məlumatına görə, bunu Finlandiyanın “Salo” klubunun voleybolçusu Alyona Limareva deyib.

 

Ukraynalı hücumçu komandasının CEV kubokunun 1/8 finalda “Azəryol”a cavab oyununu şərh edib. O bildirib ki, 2:3 hesabı ilə məğlubiyyətlərində öz səhvləri əsas rol oynayıb: “Top qəbulunda ciddi problemlərimiz vardı ki, qələbə qazanmağımıza da bu mane oldu. “Azəryol” evdə yaxşı oynayan komandadı. Həm də onlar ilk qarşılaşmada 3:0 hesabı ilə qalib gəldiklərindən, matça daha rahat çıxmışdılar. Azarkeşlər də dəstəkləri ilə onlara köməkliklərini etdi. Onlar yaxşı oynayıb, qalib gəldilər”.