10:17 18-12-2015
news_image
1306
DİGƏR NÖVLƏR

Formula-1: Bakı Qran-Prisinin biletləri satışa çıxarılacaq

2016-cı ildə Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-Prisinin biletləri sabahdan etibarən satışa çıxarılacaq. Apasport.az saytının məlumatına görə, biletləri www.bakucitycircult.com saytı vasitəsilə onlayn almaq mümkün olacaq.

 

Bilet satışının başlanması Dənizkənarı Milli Parkda keçiriləcək və bir növ F-1-in paytaxtımıza gəlişinin təmtəraqla qeyd olunduğu “Son 6 ay” bayram tədbiri ilə eyni ərəfəyə təsadüf edir.

 

Gənclər və idman naziri Azad Rəhimov bugünkü mətbuat konfransında çıxış edərək, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yanında olduğunu nümayiş etdirib müsbət təəssüratlarını bölüşüb: “Bu hadisə dünyanın ən böyük idman tədbirlərindən sayılan Formula-1-in Bakıya gəlişi prosesində ən vacib nailiyyətlərdən biridi. Əminəm ki, Formula-1 paytaxtımıza çox gözəl yaraşacaq və hər kəsi Bakıdakı Avropa Qran-Prisini izləməyə dəvət edirəm”.

 

Mətbuat konfransından sonra BŞH-nin Kommersiya üzrə direktoru Bülənt Özərdim bildirib ki, Formula-1-in Azərbaycanda keçirilməsi çox önəmlidi: “Bilet satışı prosesini artıq başlatdığımız üçün çox sevincliyik. Bizim çox sadə ismarıcımız var: gələn ilin iyun ayında buyurun, Bakıya gəlin və inanılmaz bir yarışa şahid olmaqla bərabər, Bakı şəhərini özünüz üçün kəşf edin. Gələn yay bizə qoşulmaq arzusunda olan azarkeşlərə tövsiyə edərdim ki, nə qədər ki, satışda bilet var, cəld alsınlar”.