10:47 18-12-2015
news_image
6745
DİGƏR NÖVLƏR

Nazir dopinqdə "ilişən" idmançılar haqda: Yoxlamışdıq, təmiz idilər

“ABŞ-da antidopinq agentliyi yoxdu. WADA tamamilə sərbəst və müstəqildi. Biz öyrənmək istəyirik ki, onlar nə qədər düzgün yoxlayırlar”. Bu sözləri apasport.az saytına açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin 3 üzvü – Silviya Angelova, Valentin Xristov, Elxan Əliquluzadə dopinq-tesdə “ilişib”. İdmançılarımız B probu vermək məcburiyyətində qalıblar. Əgər ikinci analiz də müsbət nəticələnərsə, hər üç atletimiz podiumdan ömürlük uzaqlaşdırılacaq.

 

Məsələ ilə bağlı danışan nazir bildirib ki, idmançılarımız yarışqabağı tam şəkildə yoxlanılıblar: “Ola bilsin ki, idmançılar bəzi hallarda bilmədən nəsə yeyə və ya içə bilərlər. Ancaq biz onları yoxlamışdıq, təmiz idilər. Necə olub ki, 3 gün sonra dopinq-testdə “ilişiblər”, bilmirəm. Yarışöncəsi Bakıda verdikləri analizlər təmiz çıxmışdı. Biz istəmirik ki, B probu ABŞ-da yoxlanılsın. Bunu Köln də daxil olmaqla, müxtəlif yerlərə göndərə bilərik. Federasiya hazırda bu işlə məşğuldu. Ağırlıqqaldırma elə bir idman növüdü ki, gündə nəsə baş verir. Biz istərdik ki, belə hallar olmasın”.