01:11 19-12-2015
news_image
5580
STOLÜSTÜ OYUNLAR

Rauf Məmmədov Avropa çempionu oldu!

Belarusun paytaxtı Minsk şəhərində keçirilən şahmatın blits növü üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz Rauf Məmmədov turnirin qalibi adına layiq görülüb.

 

Dekabrın 18-də start verilən və bir gün davam edən yarışda reytinqinə görə üçüncü iştirakçı olan Rauf (2777) 11 tur davam edən mübarizədən sonra bütün rəqiblərini qabaqlayaraq çempion olub.

 

İkinci və üçüncü yerləri isə uyğun olaraq, rus şahmatçıları Boris Şevçenko və Aleksandr Ryazantsev tutub.