19:05 19-12-2015
news_image
8217
TOP OYUNLARI

"Telekom" potensial liderliyini qorudu, "Azərreyl"dən asan qələbə - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında iki oyun keçirilib. Apasport.az saytının məlumatına görə, günün hər iki qarşılaşması eyni vaxtda başlayıb.

 

Bu matçlarla 2015-ci ilə yekun vurulub və komandalar qış fasiləsinə yollanıb.

 

"Azəryol"la qarşılaşan "Telekom" qələbə qazanaraq potensial liderliyini qoruyub. Gərgin keçən ilk setdə məğlub olan Zoran Qayiçin yetirmələri sonradan oyunda dönüş edə bildilər. Tədricən öz oyunun tapan meydan sahibləri ikinci setdə status-kvonu bərpa edib. Sonrakı iki hissəni də qələbə ilə başa vuran "Telekom" rəqiblərindən bir oyun az keçirdiyinə görə, potensial liderliyini qoruyub.

 

"Azərreyl" isə "Lokomotiv"i asan məğlub edib. Hər üç hissədə rəqibindən üstün olan "dəmiryolçular" turnir cədvəlinin ilk pilləsinə yüksəliblər. Bu qələbə ilə Bülənt Karslıoğlunun yetirmələri həm də ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıblar.

 

Voleybol üzrə Azərbaycan Super Liqası

X tur

19 dekabr

 

“Telekom” - “Azəryol” - 3:1 (28:30, 25:22, 25:20, 25:23)
"Gənclik” Olimpiya İdman Kompleksi
İlk dövrə:  “Azəryol” – “Telekom” - 1:3 (22:25; 21:25; 25:21; 18:25)

 
VIII tur
“Lokomotiv” – “Azərreyl” - 0:3 (22:25, 13:25, 20:25)
“Azərreyl” İdman Bazası

İlk dövrə: “Azərreyl” - “Lokomotiv” - 0:3 (24:26, 16:25, 23:25)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Azərreyl

9

6

3

5

1

0

1

1

1

21-10

727-571

19

2

Telekom

8

6

2

2

3

1

0

1

1

19-11

682-629

17

3

Lokomotiv

9

5

4

4

1

0

1

1

2

18-13

702-634

16

4

Azəryol

8

5

3

3

1

1

0

3

0

18-12

697-656

14

5

Gənclik

8

2

6

2

0

0

0

0

6

6-18

431-555

6

6

Tbilisi

6

0

6

0

0

0

0

0

6

0-18

251-450

0