09:02 22-12-2015
news_image
645
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov bu dəfə heç-heçə etdi

Dohada şahmatçılar arasında keçirilən “Qətər Masters Open” davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov ikinci turda Jonq Janqla (Sinqapur) üz-üzə gəlib.

 

Qara fiqurlarla oynayan qrossmeysterimiz bu dəfə də heç-heçə ilə kifayətlənib. O, III turda amerikalı Aleksandr Lendermanla zəkasını yoxlayacaq.

 

Qeyd edək ki, aktivində 1,5 xalı olan Məmmədyarov 10-20-ci yerlərə şərikdi.