10:59 22-12-2015
news_image
634
STOLÜSTÜ OYUNLAR

“Ermənistan Bakıda qonaqpərvərlik hiss edəcək” - FİDE-nin vitse-prezidenti

“Bizim deviz ondan ibarətdi ki, şahmat siyasətdən kənardı”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Andrey Filatov deyib.

 

Rusiya mətbuatına müsahibəsində gələn il Bakının ev sahibliyi edəcəyi Olimpiadadan danışan Filatov bildirib ki, Azərbaycan və Ermənistan arasındakı problem yarışın yüksək səviyyədə keçirilməsinə hansısa maneçilik törətməyəcək: “Bakı çox qonaqpərvər şəhərdi. Orada həmişə möhtəşəm təşkilatçılıq olub. Düşünürəm ki, Ermənistan millisi də qonaqpərvərlik hiss edəcək və hər şey yüksək səviyyədə baş tutacaq”.

 

FİDE-nin vitse-prezidenti yarışa hazırlığın da yüksək səviyyədə getdiyi qənaətindədi: “Hələlik biz həm Bakı, həm də İrəvanda Olimpiadaya hazırlığın yüksək səviyyədə aparıldığını müşahidə edirik. Bu üzdən düşünmürəm ki, 2 ölkə arasındakı münasibətlər Olimpiadanın keçirilməsinə mane olsun”.