09:03 23-12-2015
news_image

“Baku Fires” Azərbaycan çempionatına 17 boksçu ilə qatılacaq

Dekabrın 25-dən 29-dək boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, ABF-nin Boks Mərkəzində təşkil olunacaq yarışda "Baku Fires" klubunun 17 üzvü mübarizə aparacaq.

 

Olimpiya oyunlarına lisenziya qazanan Albert Səlimov və Abdulqadir Abdullayev milli komandanın düşərgəsində olduqlarından ölkə çempionatına qatılmayacaqlar. Bu günlərdə Neft Ölkələrinin Dünya Kubokunda qızıl medal qazanan Yevgeni Ramaşkeviçə isə istirahət verilib. Heyətdə ən təcrübəli boksçular kimi Heybətulla Hacəliyevlə (64 kq) Soltan Migitinovu (81 kq) qeyd etmək olar. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Hacəliyev Pedro Roqe baş məşqçi təyin olunduqdan sonra milli komandaya dəvət almır. Migitinov isə Teymur Məmmədov çəkisini 81 kq-a salandan sonra 1-ci nömrə statusunu itirib.

 

Heyətə ötən mövsüm WSB liqasında bütün görüşlərini qələbə ilə başa vuran Arslanbek Mahmudov da (+91 kq) daxil edilib. 2014-cü ildə Azərbaycan kuboku yarışlarında qızıl medal qazanmış Nikolay Veselov (75 kq) ölkə çempionatında da favoritlərdən sayılır.

 

Qeyd edək ki, milli komandanın əksər aparıcı üzvləri Azərbaycan çempionatında iştirak etməyəcəklər.

 

"Baku Fires" klubunun Azərbaycan çempionatında iştirak edəcəyi heyəti:

49 kq: Cavid Dadaşov, Rəsul Saliyev

52 kq: Murad Rabadanov, Məhəmməd İbiyev

56 kq: Yaraş Məhəmmədov

60 kq: Nəsrəddin Məmmədov, Həsən Arsunkayev

64 kq: Heybətulla Hacəliyev, Zaur Abdullayev

69 kq: Tamerlan Abdullayev

75 kq: Nikolay Veselov, Jaba Xositaşvili, Zaurbek İbrahimov, Badri Xardziani

81 kq: Soltan Migitinov

91 kq: Hacı Murtuzəliyev

+91 kq: Arslanbek Mahmudov.