19:09 24-12-2015
news_image
743
DİGƏR NÖVLƏR

“Bundan da yüksək nailiyyətlər gözləyirəm”

“Biz bu il Bakıda çox böyük, çox möhtəşəm, Avropanın və Azərbaycanın tarixində ilk dəfə təşkil olunan idman tədbiri keçirmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

 

2015-ci ilin yekunlarına həsr olunan tədbirdə çıxış edən nazir başa çatmaqda olan ili dəyərləndirib: “Biz bir daha sübut etdik ki, təşəbbüsümüz elə-belə olmayıb.  Yay Olimpiya Oyunlarını keçirməyə qadirik. Avropa Oyunlarında 56 medal bir daha sübut etdi ki, Azərbaycan idman olkesidi. En yüksək qiyməti Azərbaycan prezidenti İlham Əliyev verdi. O, nailiyyətlərimizi çox yüksək qiymətləndirdi. Bu il qazanılan 823 medalın sayı gələn il daha çox olacaq. Bakıda xeyli idman qurğusu tikilib. Bunlar şəhərə xüsusi gözəllik verir. Yenidən bu uğurlardan danışaq istəməzdim. Bundan da yüksək nailiyyətlər gözləyirəm”.

 

Qeyd edək ki, Azərbaycan idmançıları 2015-ci ildə beynəlxalq yarışlarda 823 medal (321 qızıl, 222 gümüş, 280 bürünc) qazanıb. Bu 2014-cü ildə qazanılanlardan 18 medal artqıdı. Bir il əvvəl 805 medaldan 275-i qızıl, 255-i gümüş, 275-i bürünc olmuşdu. İdmançılarımız olimpiya növlərində 297 medal (105 qızıl, 61 gümüş, 131 bürünc) əldə edib. 2014-cü ildə isə bu rəqəm 278-ə (89 qızıl, 80 gümüş, 109 bürünc) bərabər olub.