01:53 25-12-2015
news_image
936
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov ikinci pilləyə yüksəldi, növbəti rəqib Kramnikdi

Dohada şahmatçılar arasında keçirilən “Qətər Masters Open” turniri davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 5-ci turda Rusiya təmsilçisi Denis Xismatullinlə qarşılaşıb.

 

Ağ fiqurlarla oynayan qrossmeysterimiz bu partiyadan qalib ayrılaraq, turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. O, 4 xal toplayıb və lider Maqnus Karlsendən sadəcə yarım xal dala qalır.

 

Bu gün turnirdə istirahət günü olduğundan 6-cı turun oyunları sabah keçiriləcək. Şəhriyar Məmmədyarovun növbəti rəqibi isə digər rus şahmatçısı Vladimir Kramnik olacaq.

 

Qeyd edək ki, Şəhriyar kimi Kramnikin də 5 turdan sonra 4 xalı var.