12:57 26-12-2015
news_image
2187
TOP OYUNLARI

Polşa klubunun baş məşqçisi: Azərbaycana getmək maddi baxımdan da çətindi

“Rəqib haqda hələlik ətraflı məlumata malik deyilik. Ötən mövsüm Bakıya 2 dəfə səfər etdiyimizdən, yolun çox uzaq olduğunu vurğulamalıyam”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Muşina” voleybol klubunun baş məşqçisi Boqdan Servinski deyib.

 

Təcrübəli mütəxəssis yetirmələrinin CEV kubokunun 1/4 final mərhələsində Bakının “Azəryol” klubuna rəqib olmasından danışıb. “Maribor”u “Qızıl set”də məğlub edən Servinski Ziya Rəcəbovun yetirmələri haqda lazımı məlumatları toplamağa başladığını deyib. Onun sözlərinə görə, yanvarın 19-da ilk matçda əsas hədəfləri qələbə qazanmaqdı: “Belə olan halda Bakıda olan səfər görüşünə də bir qədər rahat yollanacağıq”.

 

Servinski Azərbaycan səfərinin komanda üçün maddi baxımdan çətin olacağını da açıqlayıb. O bildirib ki, yol xərci ilə yanaşı, yorğunluq da onların əleyhinə işləyəcək.  

 

Qeyd edək ki, “Azəryol” – “Muşina” oyunu yanvarın 26-na təsadüf edəcək.