14:02 26-12-2015
news_image
1308
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan çempionatında sensasiya

Boks üzrə böyüklər arasında ölkə çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Boks Mərkəzində keçirilən yarışın ilk günündə 45 döyüş baş tutub.

 
60 kq çəki dərəcəsində çıxış edən "Baku Fires" klubunun üzvü Nəsrəddin Məmmədov mübarizəsiz növbəti mərhələyə çıxıb. Onun rəqibi Həmzə Quliyev rinqə çıxmayıb.

 

2009-cu ilin dünya çempionatının iştirakçısı İlkin Ağayev (60 kq) yarışa qələbə ilə başlayıb. "Gilan"ı təmsil edən boksçu Zöhrab Əzimovu məğlub edib - 3:0. "Baku Fires"in daha bir üzvü Hasan Arsunkayev gərgin mübarizədə Araz Gülməmmədovdan üstün olub - 2:1. 


69 kq cəki dərəcəsində favoritlerden olan Tamerlan Abdullayev də ilk mərhələdə qalib gəlib. Təcrübəli boksçu Coşğun Əliyev üzərində qələbə qazanıb - 3:0. 


Bu cəkidə "Gilan"ın üzvü Saqi Salehli de qələbə qazanıb. O, Şəmistan Novruzlunu məğlub edib -3:0. 69 kq cəki dərəcəsində favoritlərdən hesab olunan Elnur Süleymanov da növbəti mərhələyə yüksəlib. 


75 kq cəki dərəcəsində "Baku Fires"in üzvü Jaba Xositaşvilinin Rahib Şabanova uduzmasını sensasiya saymaq olar. Bu cəkidə Nəbi Bağırov Orxan Məmmədovu məğlub edib. 75 kq-da qələbəyə namizədlərdən sayılan Elvin Qəmbərov da ilk görüşdə qalib gəlib. "Baku Fires" klubunun üzvü Nikolay Veselov da ilk mərhələni qələbə ilə başa vurub. 


Qeyd edək ki, milli komandamızın əksər 1-ci nömrələri ölkə çempionatında çıxış etmirlər.

Mənbə: “Baku Fires”in mətbuat xidməti