
01:14
Dohada şahmatçılar arasında keçirilən “Qətər Masters Open” turniri davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 6-cı turda eks dünya çempionu Vladimir Kramniklə qarşılaşıb.
Qara fiqurlarla oynayan həmyerlimiz güclü rəqibi ilə heç-heçə edib.
Geridə qalan 6 turdan sonra Məmmədyarovun hesabında 4.5 xal var.