
00:07
Dohada şahmatçılar arasında keçirilən “Qatar Masters Open” turniri davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 7-ci turda Hindistan təmsilçisi Şəkar Qanquli Suriya ilə qarşılaşıb.
Rəqibini məğlub edən qrossmeysterimiz xalını 5.5-ə yüksəldib və liderlər qrupuna yüksəlib.
Şəhriyardan əlavə 5.5 xala malik daha iki şahmatçı var ki, norveçli Maqnus Karlsen və rusiyalı Sanan Syuqirov əlavə əmsallara görə təmsilçimizdən geri qalır.