12:41 28-12-2015
news_image
641
DİGƏR NÖVLƏR

Bakıda Santa Klausların veloyürüşü keçirilib - FOTOSESSİYA

Bakıda maraqlı bir veloyürüş təşkil edilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası və həvəskarlardan ibarət "Cyclemania" velosiped klubunun təşkilatçılığı ilə paytaxt küçələrində Santa Klausların veloyürüşü keçirilib.

 

Dövlət Bayrağı Meydanından start götürən yürüşdə 100-ə yaxın həvəskar və peşəkar velosipedçi iştirak edib. Yürüş paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.