14:17 29-12-2015
news_image
943
TOP OYUNLARI

Azərbaycanlı hakimə avrokubok təyinatı - FOTO

Beynəlxalq dərəcəli azərbaycanlı voleybol hakimi Konstantin Selin növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası təmsilçimizi “Hapoel” (İsrail) – “Pfeffingen” (İsveçrə) matçını idarə etməyi tapşırıb.

 

Selin yanvarın 21-də, qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinə təsadüf edəcək matçda ikinci referi olacaq. O, belaruslu Vladimir Kukaşinova köməklik edəcək.